Harmoniyanın qızıl qanunu: əslində “klassika” nədir?

Klassika. Memarlıq və dizayn mühitində məzmunundan uzaq olduğu qədər də, dillərə yara salmış ikinci bu cür ifadə tapmaq çətindi. Roma imperiyası dönəmində “klassika” termini bu və ya digər bədii normaların memarlıqda oturuşduğu dönəmi ifadə edirdi. Qızıl bölgü, Da Vinçinin “Vitruviy adamı”, Dürerin həcmlər nəzəriyyəsi, Le Corbusierin “Moduloru” kimi, insanla ahəngdə götürülmüş ölçülər klassikanın əsasını təşkil edir.

Золотое правило гармонии

 

sequence fibonacci

 

Əsrlər öncə yaradılmış nisbət və kompozisiya təşkili qanunları, günümüzdə təsviri incəsənət, fotoqrafiya və qrafik dizaynda istifadə olunur. Artıq XXI əsrdə isə neyropsixoloqlar təstiqləyirlər ki, düzgün nisbətlər beynimizdə müəyyən “nikbin tezlikdə” titrəmələrə səbəb olur. Məhz “insani nisbətlərdə” yaradıldığı üçün, biz çox vaxt “klassikanı” seçirik.

Alman dizaynının ümdə prinsipi:

Alman dizayn sənayesinin ənənələrinə nəzər salsaq, əsasında məhz insani nisbətin olduğunu görəcəyik. İtaliyan məktəbinin iştahını tuta bilmədiyi forma-təşkili ilə eksperinmentlər, alman-məktəbində skeptisizmlə qarşılanıb, əvəzində üstünlük ciddi nisbətlər normativlərinə verilib. Bauhaus məktəbinin yüngül əli ilə antropometriya – antropomorfluğa, harmoniya isə – erqonomikaya təkamül edib. Bunula da nisbətlilik estetika deyil, komfort məsələsinə çevirilidi.

Золотое правило гармонии

Klassikaya Mies van der Rohe qədər uzaq ikinci nəfər təsəvvür etmək çətin olsa da, memarın İllinoysda layihələndirdiyi Texniki Universitetin bütün korpusları “qızıl bölgü” əsasında təşkil olunub. “İlahi nisbətlər” həmçinin Le Corbusier-in məşhur şezlonq layihəsidə də özünü büruzə verir. Qeyd edim ki, əslən İsveçrəli memar, bir çox məqamlarda Bauhasula eyni nəzər nöqtəsini bölüşür və müasir memarqlıqda ən yayğın olan nisbət sistemlərindən biri – moduloru yaradır.

Золотое правило гармонии

Otl Ayxerin dizayn etdiyi qapı dəstəyi insan qolunun davamı kimi təsvir edilib, Alape hamam taslarının dərinliyi, uzunluq və en ilə elə bir nisbətdə qurulub ki, əl-üz yuyarkən damcılar ətrafa sıçramır. Məhz alman yanaşması (Bauhaus) müasir dizayn industriyasına “klassikanı” şərti estetik fənd deyil, rahatlıq və erqonomikanın şərti kimi təqdim etdi.

Və bir daha – nədir klassika?

 Əgər siz hələ də “klassika” ilə “historicismi” səhv salırsızsa, Almaniya sənayə dizaynına nəzər salın. “Klassik normaya” riayət ənənəsi, onları heç də mühafizəkar və məhdudiyyətli etmir. Əksinə – onlar ən aktual dizayn trendlərini diktə edir. Cüzi rəng və ya material dəyişimələri ilə, əsrlərin təkmilləşdirdiyi kompozisiya qanunları ilə təsvir olunmuş məhsullar yeni ahəngdə göz oxşayır. Məsələn, “qızıl nisbətlərlə” estetik-erqonomik həllini tapmış Volkswagen Beetle, 1997-ci ildə yenidən istehsala buraxılanda, 100 il öncəki kimi aktuallığını saxlamış, bütün satış rekorlarını silkələyə bilmişdi.

Золотое правило гармонии

 Beləliklə “klassika” məhdud deyil və əsla statik sayılmaz. İllərin tarazladığı karkas əsasında, o, öz inkişafını davam etdirən “klassika”, daha da “klassikləşir”.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s