Sou Fujimoto: innovativ erqonomika

Rəsm – beynimi zəbt edən, dumanlı memarqlıq ilhamına, forma verən, sonsuz sınaq və səhvlər prossesidir. 

  Sou Fujimoto, 4 avqust, 1971-ci ildə, Yapomiyada anadan olub. Tokyo Universitetinin məzunu olan, Fujimoto, 2000-ci ildə memari studiyasını açandaart, ıq innovativ yaşayış strukturları və universitet layihələri ilə tanınırdı. Onun tədbiq etdiyi yöntəmlər, memari fəza ilə insan fiziologiyası arasındaki münasibətləri, yenidən baxılmaya şövq etdi.

 Fujimoto Şimali Yaponiya adası olan, Hokkaydoda böyüyüb. Uşaq ikən, kəşf etdiyi meşəlik landşaft, gələcəkdə onun təbii materiallara və ümumən təbiətə münasibətini formalaşdırır. Bu dönəm, onun sonrakı işlərindən xəbər verərək, Fujimotonun, mağara və meşələrə qayıdış, kimi izah etdiyi, təkamül prossesinə təkan olacaq.

 


Fujimoto, öz dekonstruktiv ideyalarını, geriyə baxaraq, mağara misalından ilhamlanıb, yaradıb, çünkü, mağarada funksiya, insanın xüsusiyyətlərinə uyğun təyyin olunurdu. “Primitiv gələcək” kimi, təyyin etdiyi konsept, onun “Final Wooden House” layihəsində öz əksini tapır.

Fujimoto_Final_Wooden_House

  Kedr kötüklərindən ibarət quruluş, sakinlərə fəzanı ehtiyaclarına uyğun interpretasiya etməyə imkan yaradırdı; beləki, eyni kötük həm divar, həm oturacaq, həm döşəmə kimi, istifadə oluna bilər. Fujimoto həmin bu filosofiyasını, “Primitiv Gələcək” kitabında izah edir.


  House N, Oitada (Yaponiya) yerləşən yaşayış strukturu, 2008-ci ildə layihələnib.

  Fujimotonun layihəsi, evdar məkan ilə küçənin, tikilmiş mühit ilə təbii mühit arasındakı fərqləri silir, yayındırır və bunu, bir-birinə dahil edərək, intim məkanlarla əlavə edir.

  Beton xarici qat, pəncərəsiz iri çərçivələrlə bölüşdürülüb və dahili otaqları, ağaclarla düzülmüş eksteryeri, bağçanı və pationu, əhatə edir. Dahili “qutular”, sakinlərə privatlıq təmin etməklə yanaşı, onları hələdə təbiətə və ətraf mühitə bağlayır.


  Sou Fujimoto, Guangzhou, Çində layihələndirdiyi şəhərkənarı incəsənət məkanını, keçmiş fermanın yerində, lokal materiallardan istifadə edərək hazırlayıb.

“Mirrored Gardens”  adını daşıyan kompleks, Vitamin Creative Space qalereyyasının avanpostu hesab edilir və ilkin olaraq 2002-ci ildə nümayiş olunub. Kompleks özündə: qallereyanı, incəsənət studiyalarını, ziyarətçi otaqını və gecələmək üçün otaqları, cəmləndirir.

 

“Ətraf kəndlərin təbii və ənənəvi xarakterindən ilhamını alan layihə, ətraf mühitlə vəhdət təşkil edir”, deyərək Fujimoto öz layihəsinə sitat gətirir.


Maraqlı Fakt: çətin uşaqlıq və ya yeni yanaşma?

Uşaqlar üçün konstruktor istehsal edən LEGO şirkəti 2012-ci ildən etibarən Lego Architectural Studio seriyasını istehsal edir. Fujimoto, həmin konstruktor seriyasından, professional sahədə istifadə etdiyini bildirməklə yanaşı, Lego-nun bu seriaysı üçün çap olunmuş kitabında, öz təcrübə və işləmə prinsiplərini bölüşür.

Bir çox məşhur memarla kollebrasiyada ərsəyə gələn kitabda, Fujimotonun “Final Wooden House” və “House N” layihələri mərkəzi yer alır. Sou Fujimotu, LEGO corporation-a verdiyi müsahibədə deyir: LEGO kərpicləri hesabına, məkanı yaratmaq və bloklarla dahil olduğu təması duymaq imkanı qazanırsız.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s