Dayaq sistemlərini izah edən modular konstruktor

Modul konstruktor dayaq sisteminin prinsiplərini izah etməyə kömək olur.

Mola Structural Kit dəsti ferma, sütun, konsol, çərçivə və tirlərin təzyiq və deformasiyalara nə cür məruz qaldıqlarını əyani göstərir.

Konstruktoru yaradan braziliyalı memar Marsiu Sekeyra, həmçinin onun üzərinə diplom müdafiyə edib. Bu fikir memarı, tələbələrlə konsultasiya zamanı ziyarət edib. Tələbələrin əksəriyyəti bütün imtahanları yüksək nəticələrlə versələr də, elementar konstruksiya prinsiplərini izah edə bilmirdi.

Dəstin əsasını – maqnitləşmiş kürəciklər və yaylar təşkil edir. Onlara isə həmçinin kürsülər, troslar, örtüklər və künc təzyiqləri əlavə olunmaqla, dəsti təşkil edən 144 element bəsit formalar və məşhur layihələri yoxlamağa, həmçinin öz layihələrini sınamağa imkan verir. Minimal komplektasiyalı modelin qiyməti 130$ civarındadır.

Advertisements

Harmoniyanın qızıl qanunu: əslində “klassika” nədir?

Klassika. Memarlıq və dizayn mühitində məzmunundan uzaq olduğu qədər də, dillərə yara salmış ikinci bu cür ifadə tapmaq çətindi. Roma imperiyası dönəmində “klassika” termini bu və ya digər bədii normaların memarlıqda oturuşduğu dönəmi ifadə edirdi. Qızıl bölgü, Da Vinçinin “Vitruviy adamı”, Dürerin həcmlər nəzəriyyəsi, Le Corbusierin “Moduloru” kimi, insanla ahəngdə götürülmüş ölçülər klassikanın əsasını təşkil edir.

Золотое правило гармонии

Continue reading

Form follows… form & it’s impressive

Messe-Prater stansiyasının çıxışında bir yaşlı kişiyə yaxınlaşdım. Təqribi istiqaməti bilirdim, amma xarici ölkələrdə yerli sakinlə onların dilində bu cür sadə dialoqda iştirak etmək imkanını çalışıram qaçırmayım. Qısa şəkildə yol tutmaq istədiyim yeri izah etməyə çalışarkən, kişi sözümü yarıdan kəsib: Sie möchten die Bibliothek des Zaha Hadid zu sehen? (Siz Zaha Hadidin kitabxanasını görmək istəyirsiz?), soruşdu və jestlərlə istiqaməti izah etməyə başladı. Ağsaqqal, artıq öncədən bildiyim ünvanın təsvirini edərkən, mən ağlımda başqa bir məqamı düşünürdüm: gedəcəyim yerdə söhbət 12 futbol meydançasını özündə yerləşdirə biləcək tələbə şəhərciyi layihəsindən gedir, bu 35 000 m² tikili sahə və 55 000 m² sakinlərə həvalə olunan açıq sahə deməkdi, cəmi 3 ildir istifadəyə verilən şəhərciyə 492 million yatırım olunub, 42 aya tikinti başa çatıb və hazırda 25 000 tələbə, 1500 işçi heyyətinə xidmət edir. Və bu şəhərciyin üzərində tək Zaha Hadid’s Architects qrupu deyil, əksinə hər korpusu bir studiya öz həvaləsinə almaqla, dünyanın müxtəlif bölgələrindən bir neçə iri memari-karxanalar öz bacarıqlarını sərgiləyib. Məsələn onların sırasında: CRABstudio(London), Estudio Carme Pinós S.L. (Barselona), NO.MAD Arquitectos(Madrid)  kimilərini saya bilərəm. Axı niyə bu yerli ağsaqqal o boyda layihəni “Zaha Hadid kitabxanası” kimi təsvir etsin?! Yox, yani bu cür ad sadələşdirmələrinə qarşı deyiləm, səbəbin analizi maraqlıdı. Məsələ bəsitcə Zahanın məşhurluğundadır, yoxsa bina həqiqətən bu 3 ildə, həm mövcud binaları, həm yeni tikilən digər korpusların oriyentir ikonasına çevirilib? Fikirlərimi bu suala gətirib çıxardana, özüm də 150 metrlik yolu qət edib, şəhərciyin astarında dayanmışdım.

Narıncı.

Narıncı deyəndə, ilkin nəzərdə tutduğum landşaftda istifadə olunan çiçəklər idi. Elə ərazidə də ilkin onları görmüşdüm, artıq sonradan gözüm, narıncının çalarları ilə keçid edib binaya süzdü. İndi deyəcəm ki, CRAB studio memarları bunu öncədən görüb, ətrafla xeyli kontrastda olan narıncı binaya gözünüzü keçidlərlə hazırlamaq üçün, 50 metrədən artıq landşaftda bu narıncı rəngi bizə aperitif*(“Apéritif” may refer to a snack that precedes a meal) kimi təqdim edib… deyəcəksiz, yox əşi, o qədər də yox! Buna görə də bu haqda başınızı yormağı sizə həvalə edirəm, amma yormağa həqiqətən dəyər, mənzərə ciddi mənada effektlidir.

20160817_135329_HDR

20160817_135411_HDR-01

İndi keçək biləvasitə binanın özünə. Rənglərlə bağlı keçirdiyim həyəcan, öz yerini suallara ötürməyə başlamışdı. Əsas sual – fasadın üzərindəki vertikal/horizontal elementlərlə bağlı20160817_135721-01 idi və nəhayət gözlə ayırd ediləcək məsafədən məsələyə reaksiya verə bildim. Wow! Adi, parket üçün yarayan, uzunsov, quru taxta parçaları, bütün fasad üzrə daxili mühiti qızmadan qorumaq üçün, pəncərə önündə vurulub. Təbii, xarici günəş-qoruma jalyuzləri, PassivHaus standarlarına titiz yanaşan Viyana üçün adi bir haldır. Ancaq bu material(?!) Heç bir düz hətti olmayan, qurumuş ağaca xas solğun rəngli taxtalar, rəng olaraq binanın şux narıncısına, formaca fasadın düz və iti bucaqlı xəttləri ilə kontrastdadır.

 

Memarlıqda İşıq

ArchitecThoughts

İşıq, canlıların hər şeyi görmələrini təmin edən bir enerji növüdür. İşıqlanma insanoğlunun özünü bilməsindən etibarən həmişə var olan bir anlayışdır. Olmazsa olmazıdır.
İşıq, hər şeyin gözəlliyini ortaya çıxaran bir faktdır. Bəzi anlayışlar yoxluğunda qiymətini bildirər, varlığı hiss etdirməz insana dəyərini. İşıqda bunlardan biridir əslində. Gözlərimizi apaydın bir mühitdə, çox deyil 30 saniyə bağlı saxlasaq, daha sonra varlıqdan yoxluğa düşməyin necə hiss olduğunu dərk etmiş olarıq.Gözlərimizi açdığımız zaman isə göz qamaşdırıcı bir görünüşə sahib olduğumuzu görüncə, işığın həyatımızdakı əhəmiyyətini anlayarıq.
İşıq bütün canlı dünyası üçün çox əhəmiyyətlidir. Daha ətraflı düşünsək işıq olmaz isə, bitki olmaz, heyvan olmaz, insan olmaz, hətta həyat belə olmaz. Gecə günəş batdığı zaman  və ya mekanlarımıza gündüzləri kifayət qədər işıq düşmədikdə bizlərdə süni aydınlatmalara müraciət etməli oluruq.

Coliseum - Roma, İtaliyaColiseum – Roma, İtaliya

İnsanların süni işıqlandırmaya müraciət etməsi, memarlıqda işıqlandırmanın əhəmiyyətini ortaya çıxarmaqdadır. Qısacası yaşadığımız mühiti düzgün işıqlandırma ilə fərqinə varılar edə bilərik. İstifadə edilən materialın növü, əks etdirdiyi…

View original post 191 more words

Moshe Safdie

Moshe Safdie, 1938-ci il doğumlu, İsrail memarı, şəhərsalma layihəcisi, nəzəriyyatçı və müəllifidir. O bütün dünyada Habitat 67 ilə tanınır. Haifə doğumlu Safdienin ailəsi 1953-cü ildə Kanadaya köçür. 1961-ci ildə Moshe Safdie McGill universietindən, memarlıq dərəcəsi ilə məzun olur.

Biz inanrıq ki, memarlıq, layihələndirilən məkanın sahiblərinin ehtiyaclarına istinadən yaradılır. 

Dayanıqlı yanaşma

Safdienin layihələndirdiyi binalar və nəzəri əlyazmalarına istinadən, onun memarlıqa olan yanaşması, hər zaman təbii dünya ilə hörmət və qarşılıqlı təmasın önəmi əsasında formalaşıb. Dayanıqlıq terminin dəb olduğu son 10 illikdən bəri, biz bu prinsipləri praktiki üsulla istifadə edirik.

Bu prinsiplər:

– funksional və əmələ gələn memarlıq hissiyatı;

– tikintidə səmərəli üsullardan istifadə;

– əl çatan və mövcud sənətkarlığın istifadəsi;

– lokal materialların istifadəsi;

– enerji sərfiyyatı ehtiyacının endirilməsi;

– yenilənən və passiv enerji mənbələri;

– uzun müddətli montaj və qurulma ilə layihələnmə;

Hər hansl bir zonada layihələndirmədən öncə, orada yaşayan insanların həyat tərzi və durumlarından bir çox şey örgənə bilərsiz. Biz demirik ki, ətraf mühittə mövcud formaları tam mənimsəyib əks etdirin, fəqət təbiyyəti izləmək, sizə ətrafın təsiri altında forma və materiyanın təkamül etməsinə örgədir.


Moşe Safidenin Habitat 67 layihəsi, dayanıqlı yaşam tərzi kimi, Montreal Dünya Yarmarkasında, nümayiş edilmişdir. Layihə, eksperimental olmaqla, sıx şəhərsalma şərayitində, yüksək keyfiyyətlə yaşam mühitinin həlli kimi, hazırlanmışdır. Safdi, prefabrikat modul sistemləri vasitəsi ilə, yaşam unitlərinin dəyərini salmaq, suburban şəraitini urbanoloji mühitə inteqrasiya etməyə çalışırdı.

Safdie-nin layihəsi özündə, shopping mərkəzləri, məktəb və 1000 ədəd yaşam vahidini cəmləyir. Sxem qəbul olunsa da, Kanada dövləti tərəfindən, yaşayış vahidlərinin sayı, 158 ədədə kimi endirilmişdir.


MARINA BAY SANDS, SINGAPORE – ARCHITECTURE FACT SHEET

Moshe Safdie tərəfindən layihələndirilən binanın ümumi sahəsi 929.000 kv metrə təşkil edir Singapore adasının cənubunda yerləşir.

Designed by Boston-based, internationally renowned architect Moshe Safdie for the Las Vegas Sands Corporation, the 929,000 square meter (10 million square-foot) urban district anchors the Singapore waterfront, creates a gateway to Singapore, and provides a dynamic setting for a vibrant public life.

Sou Fujimoto: innovativ erqonomika

Rəsm – beynimi zəbt edən, dumanlı memarqlıq ilhamına, forma verən, sonsuz sınaq və səhvlər prossesidir. 

  Sou Fujimoto, 4 avqust, 1971-ci ildə, Yapomiyada anadan olub. Tokyo Universitetinin məzunu olan, Fujimoto, 2000-ci ildə memari studiyasını açandaart, ıq innovativ yaşayış strukturları və universitet layihələri ilə tanınırdı. Onun tədbiq etdiyi yöntəmlər, memari fəza ilə insan fiziologiyası arasındaki münasibətləri, yenidən baxılmaya şövq etdi.

 Fujimoto Şimali Yaponiya adası olan, Hokkaydoda böyüyüb. Uşaq ikən, kəşf etdiyi meşəlik landşaft, gələcəkdə onun təbii materiallara və ümumən təbiətə münasibətini formalaşdırır. Bu dönəm, onun sonrakı işlərindən xəbər verərək, Fujimotonun, mağara və meşələrə qayıdış, kimi izah etdiyi, təkamül prossesinə təkan olacaq.

  Continue reading